Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

Qafar Ağayev13:33 - 28 / 03 / 2025
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 16 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

Onlar halqa, top, gürzlər və lent proqramlarında məharətlərini nümayiş etdirirlər.

Bu gün gənc və böyük gimnastlar fərdi və qrup hərəkətləri proqramında güclərini sınayırlar.

Turnirə martın 30-da yekun vurulacaq.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər