Bu gün “Qarabağ”la “Turan Tovuz” qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Bu gün “Qarabağ”la “Turan Tovuz” qarşılaşacaq

Qafar Ağayev09:10 - 28 / 03 / 2025
Bu gün “Qarabağ”la “Turan Tovuz” qarşılaşacaq

"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.

1news.az məlumatına görə, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

19:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər