Özbəkistanın birinci xanımından Mehriban Əliyevaya TƏBRİK | 1news.az | Xəbərlər
Rəsmi

Özbəkistanın birinci xanımından Mehriban Əliyevaya TƏBRİK

18:01 - 29 / 03 / 2025
Özbəkistanın birinci xanımından Mehriban Əliyevaya TƏBRİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm xanım, Zati-aliləri.
Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.
Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər