Bayram günlərində qatardan istifadə edənlərin sayı açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb!
Qurumdan 1news.az-a bildirilib ki, 20-31 mart tarixlərində 132 124 nəfər, o cümlədən: Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər; Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər; Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231,
nəfər; Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.
95