Deputat Antalyada Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə toxundu

“Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub” .
1news.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə çıxışında bildirib.
Deputat bildirib ki, Azərbaycan türkləri öz dədə baba yurdlarından didərgin salınıb, xalqımızın maddi-mənəvi irsinə, qədim tarixi abidələr məhv edilib.
“Bu vandalizmin artıq bəşəri problemdir. Azərbaycan prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycanlıların hüquqlarını müdafiə edən Qərbi Azərbaycan İcmasının yaranmasına, təşkilatın geniş fəaliyyət göstərməsinə böyük dəstək verdi. Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişaf və sülhə xidmət edən mühüm amaldır.
Deputat beynəlxalq ictimaiyyəti, diplomatları, parlamentariləri bu məsələyə dəstək verməyə çağırıb.
“ Parlamentin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov həmçinin TÜRKPA-nın beynəlxalq parlament diplomatiyasında rolunun güclənməsinin labüdlüyündən danışaraq bildirib ki, TÜRKPA müxtəlif istiqamətlər üzrə uğurlu layihələr həyata keçirir və bunun parlament diplomatiyasında böyük əhəmiyyəti olur.
“ Eyni zamanda Özbəkistan və Türkmənistan dövlətlərinin də TÜRKPA da taç hüquqlu üzv kimi təmsil olunmağının tezləşməsi bu uğurları daha da genişləndirər. Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Parlamenti arasında dostluq qruplarının yaradılıb, arzu edirik ki, tezliklə Şimali Kipr Türk Cumhuriyyəti TÜRKPA-da tam hüquqlu üzv kimi təmsil olunacaq”.


