Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib

Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət yaradır.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.
Onun sözlərin, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir:
"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir".
A.Hacızadə həmçinin qeyd edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.