Dövlət Neft Fondunun aktivləri 62,7 milyard dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondunun aktivləri 62,7 milyard dolları ötüb

Qafar Ağayev15:54 - 17 / 04 / 2025
Dövlət Neft Fondunun aktivləri 62,7 milyard dolları ötüb

Cari il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon dollar) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon dollar təşkil edib.

1news.az xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

Bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.

Paylaş:
179

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər