"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

"PowerChina Group" şirkəti ilə enerji əməkdaşlığı və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.
Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.
Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.


61