Hindistan və Pakistan arasında gərginlik artır: Sərt cavab

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam bölgəsində turistləri hədəf alan və 26 nəfərin ölümünə səbəb olan terror hücumu iki nüvə dövləti arasında gərginliyi artırıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumdan sonra Hindistan Baş naziri Narendra Modi 1960-cı ildə imzalanmış İndus Suları Anlaşmasının dayandırıldığını açıqlayıb.
Hindistan hadisəyə görə Pakistanı ittiham edir. Rəsmi İslamabad bu iddiaları rədd edərək, Pakistana məxsus suyun axınının dayandırılmasının “müharibə səbəbi” olacağını bildirib.
Tərəflər qarşılıqlı addımlarla münasibətləri daha da gərginləşdiriblər: səfirlər geri çağırılıb, hava məkanı bağlanıb, ticarət əlaqələri dayandırılıb.
99