İranda güclü partlayışda ölən və yaralananlar var - YENİLƏNİB 3

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 516 nəfər yaralanıb, azı 4 nəfər ölüb.
Bu barədə 1news.az İran KİV-inə istinadən xəbər verir.
"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.
***
15:33
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
15:00
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
13:46
İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində güclü partlayış baş verib.
1news.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Hadisənin səbəbləri və təfərrüatları açıqlanmır.