ABŞ və Ukrayna prezidentləri Vatikanda görüşüb

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
1news.az xəbər verir ki, bu barədə “Sky News” öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl xarici KİV-lər vida mərasimindən öncə iki lider arasında qısa bir görüşün baş tutduğunu bildirmişdi. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da bu məlumatı təsdiqləyib. Görüşün detalları barədə hələlik əlavə məlumat verilməyib.
76