Mayın son günlərində Bakı-Tbilisi-Bakı sərnişin qatarını fəaliyyətə başlayır? - ADY-dən açıqlama

Minval.az saytı öz mənbələrinə əsasən, 26-28 may tarixləri ərəfəsində Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə veriləcəyi ilə bağlı məlumat yayıb.
Yazıda qeyd olunub ki, hazırda tərəflər bir sıra mühüm məqamlar, o cümlədən gediş haqqı tarifləri ilə bağlı danışıqları davam etdirirlər. Bildirilir ki, “Gürcüstan Dəmir Yolları” ASC bir istiqamət üzrə bilet qiymətlərini artıq müəyyənləşdirərək, müvafiq tarif cədvəlini Azərbaycan tərəfinə təqdim edib. Gürcüstan hazırkı mərhələdə kupe biletlərinin 50 lari (30,97 manat), yataq vaqonlarının isə 70 lari (43,35 manat) dəyərində satışını təklif edir.
Bəs görəsən qeyd olunanlar doğrudurmu?
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.
“Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb” – ADY-dən bildirilib.