DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artıb

13:56 - 05 / 05 / 2025
DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artıb

2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 923,5 milyon manat təşkil edib.

1news.az xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb.

Paylaş:
248

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər