Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə may ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə may ayının pensiyaları ödənilib

Qafar Ağayev12:52 - 08 / 05 / 2025
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə may ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş:
272

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər