Şimali Koreya lideri İlham Əliyevi təbrik edib

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir".
76