Qızılın qiyməti yenidən 3400 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiyməti yenidən 3400 dollara yaxınlaşıb

13:20 - 24 / 05 / 2025
Qızılın qiyməti yenidən 3400 dollara yaxınlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 2.13% artaraq 3 394.50 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.17% artaraq 33.61 ABŞ dolları olub.

Paylaş:
421

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər