Ərdoğan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

Qafar Ağayev16:33 - 28 / 05 / 2025
Ərdoğan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında Azərbaycanı təbrik edib.

"Can Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Həyatları bahasına Azərbaycanın müstəqilliyinə sahib çıxan, istiqlal və istiqbal yolunda verdiyimiz şanlı mücadilələri şəhadətləriylə taclandıran bütün qəhrəmanlarımızı rəhmət və sayğıyla yad edirəm", - paylaşımda qeyd edilib.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər