Azərbaycan nefti ucuzlaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 1,9% azalaraq, 66,43 dollar/barel təşkil edib.
1news.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,25 dollar və ya 1,88% ucuzlaşaraq 65,15 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 dollar və ya 2,46% azalaraq, 51,1 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,32 dollar və ya 2,01% azalaraq 64,26 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.