Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüş keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüş keçirib

Qafar Ağayev17:04 - 30 / 05 / 2025
Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüş keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin Alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb.

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Xarici Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.

Qeyd edək ki, sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.

Paylaş:
144

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər