İqtisadiyyat Nazirliyində bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Qafar Ağayev14:22 - 03 / 06 / 2025
İqtisadiyyat Nazirliyində bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf 30-cu Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

1news.az xəbər verir ki, bp-nin Azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib.

Görüşdə bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. İnnovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər