“Neptun” qurğusu Türkmənistandan Azərbaycana gətirildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neptun” qurğusu Türkmənistandan Azərbaycana gətirildi

Qafar Ağayev11:10 - 10 / 06 / 2025
“Neptun” qurğusu Türkmənistandan Azərbaycana gətirildi

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan Azərbaycana gətirilib.

1news.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata əsasən, qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak ediblər. Üç gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər