Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb

Qafar Ağayev13:52 - 11 / 06 / 2025
Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb

Türkiyə KAAN qırıcı təyyarələrinin ixracına dair ilk müqaviləsini imzalayıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN döyüş təyyarəsi – yerli istehsal olan ilk milli beşinci nəsil qırıcını tədarük edəcək.

Məlumata əsasən, bu müqavilə İndoneziyada keçirilən INDO Defence 2025 sərgisi çərçivəsində imzalanıb və ümumi dəyəri 10 milyard dollar təşkil edir.

KAAN – Türkiyənin ilk yerli istehsal beşinci nəsil döyüş təyyarəsidir. Təyyarənin sınaq prototipi ilk uçuşunu 2024-cü il fevralın 22-də uğurla həyata keçirib. Seriyalı istehsalın isə 2028-ci ildən başlanması nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ (Türk Aerokosmik Sənayesi) arasında KAAN layihəsi üzrə əməkdaşlıq protokolu imzalanıb. Ardınca, 2024-cü ilin mart ayında TUSAŞ-ın sabiq baş direktoru Temel Kotil mətbuata verdiyi açıqlamada bildirib ki, KAAN təyyarəsinin bəzi komponentləri Azərbaycanda istehsal olunacaq.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər