Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib

09:33 - 15 / 07 / 2025
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 2,02% azalaraq 74,06 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,59 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
260

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər