Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

Qafar Ağayev14:54 - Bu gün
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Bakıdakı Zəfər parkını ziyarət edib.

1news.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Xalq Məsləhətinin sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər