Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 329 istehlakçı müraciətini təmin edib.
1news.az agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Müraciətlərdən 255-i rabitə, 22-si qaz təchizatı, 21-i içməli su, 15-i elektrik enerjisi, 7-si istilik enerjisi, 5-i dəmiryol nəqliyyatı, 3-ü hava yolu nəqliyyatı, 1-i poçt xidməti sahəsində olub.
“Təbiiinhisar subyektlərinin fəaliyyəti ilə bağlı daxil olan istehlakçı müraciətlərinin hərtərəfli araşdırılması xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və istehlakçı hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd olunub.