AMB-də İslam bankçılığına dair strateji təşəbbüslər müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB-də İslam bankçılığına dair strateji təşəbbüslər müzakirə edilib

Qafar Ağayev17:36 - Bu gün
AMB-də İslam bankçılığına dair strateji təşəbbüslər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi arasında İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib. Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər