Əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

10:24 - Bu gün
Əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Azərbaycanda avqustun 13-ü saat 10:00-a olan məlumata əsasən əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3 mm-dək qeydə alınıb.

Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər