Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb

Qafar Ağayev11:36 - Bu gün
Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən 1news.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər