Çin səfiri Azərbaycana təşəkkür etdi | 1news.az | Xəbərlər
Siyasət

Çin səfiri Azərbaycana təşəkkür etdi

10:50 - Bu gün
Çin səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İrandan təxliyə olunan Çin vətəndaşlarına böyük dəstək göstərib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

Səfir bildirib ki, ABŞ və İsrailin İrana hərbi zərbələrindən sonra Çin vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxarılması üçün geniş təxliyə tədbirləri həyata keçirilib.

“Hərbi zərbələrdən sonra Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsinə fəal şəkildə kömək edib və 600-dən çox Çin vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsindən uğurla keçməsinə dəstək göstərib”, – səfir vurğulayıb.

Lu Mey qeyd edib ki, bu addım Çin və Azərbaycan arasında yüksək səviyyəli siyasi qarşılıqlı etimadın növbəti nümunəsidir.

“Bu münasibətlə Azərbaycan hökumətinə göstərdiyi dəstək və yardıma görə dərin minnətdarlığımı bildirirəm”, – diplomat əlavə edib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər