DSMF: Səkkiz ayda 88 min 735 elektron arayış alınıb

Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 88 min 735 elektron arayış alınıb.
Bu barədə 1news.az-a fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu arayışların 31 min 738-i pensiya, 27 min 292-si müavinət və təqaüd, 20 min 804-ü fərdi şəxsi hesab, 4 min 34-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 828-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 489-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 min 535-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.
95