FHN: Ötən həftə 201 yanğına çıxış olub, 14 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən həftə 201 yanğına çıxış olub, 14 nəfər təxliyə edilib

10:24 - Bu gün
FHN: Ötən həftə 201 yanğına çıxış olub, 14 nəfər təxliyə edilib

Ötən həftə 201 yanğına çıxış olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyatı qurumları tərəfindən ötən həftə ərzində 201 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 56 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər