Məşqçi: Bu uğur Azərbaycan atçılığı üçün böyük nəticədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşqçi: Bu uğur Azərbaycan atçılığı üçün böyük nəticədir

13:55 - Bu gün
Məşqçi: Bu uğur Azərbaycan atçılığı üçün böyük nəticədir

Azərbaycan millisi ilk dəfə MDB Oyunlarında çövkən yarışlarında iştirak edir və yarışlar çox yüksək səviyyədə təşkil olunub.

1news.az xəbər verir ki, bunu Çövkən üzrə Azərbaycan yığmasının baş məşqçisi Namiq Orucov bildirib.

Bugünkü qələbəni şərh edən məşqçi bu uğurun Azərbaycan atçılığı üçün böyük nəticə olduğunu vurğulayıb.

N. Orucov həmçinin qeyd edib ki, MDB Oyunlarında iştirak çövkən üzrə beynəlxalq yarışlar üçün “böyük sıçrayış”dır.
“Biz çox şadıq ki, təxminən 50 dövlət çövkənlə məşğul olan təşkilata qoşulub. Bu oyun göstərir ki, yaxın illərdə komandaların sayı 6 yox, 10, hətta 15 ola bilər”, – deyə Namiq Orucov bildirib.

Faiqə Məmmədova

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər