Son iki gün ərzində bu qədər qanunsuz silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 pulemyot, 8 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 11 patron darağı və 552 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
97