Evə qayıdarkən 2 iş yoldaşını maşın vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Evə qayıdarkən 2 iş yoldaşını maşın vurub öldürdü

09:13 - Bu gün
Evə qayıdarkən 2 iş yoldaşını maşın vurub öldürdü

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil “AzərEnerji” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi xəbərə görə, Ələt qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçən iki piyadanı vurub.

Qəza zamanı ölənlər 45 yaşlı Salyan sakini Anar Həsənqulu oğlu Bayramov və 1956-cı il təvəllüdlü Həsənli kənd sakini Manafov Mehdiqulu Allahyar oğludur.

Onlar “AzərEnerji” ASC-nin Ələt qəsəbəsində yerləşən Elektrik şəbəkəsinin işçiləri olublar və işdən qayıdarkən hadisə baş verib. Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər