Paytaxtın Ələsgər Qayıbov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın Ələsgər Qayıbov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:43 - Bu gün
Paytaxtın Ələsgər Qayıbov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-də saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər