Dövlət Başçısı Çexiya Prezidentinə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Başçısı Çexiya Prezidentinə təbrik ünvanlayıb

11:21 - Bu gün
Dövlət Başçısı Çexiya Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər