Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb - FOTO

10:48 - Bu gün
Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb - FOTO

Kürdəmir rayonunda minik avtomobili qoyun sürüsünə çırpılıb, 10 baş xırdabuynuzlu heyvan tələf olub.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Cəyli kənd sakini Ariz Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.

Qəza zamanı Qarasaqqallı kənd sakini Vidadi Qarayevə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər