Azərbaycan Bayrağı ikinci dəfə ölçüsü ilə rekord qırdı
Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.
1news.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.
2024-cü ilin noyabrında bu göstəricilər müvafiq olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.
Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201.19 metr, dirəyin pyedestal üzərindəki diametri 5.7 metr, çəkisi isə təxminən 1 500 ton təşkil edir.
55












