Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

10:11 - 16 / 12 / 2025
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Paylaş:
222

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər