Azərbaycan XİN İspaniyaya başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Qafar Ağayev10:44 - Bu gün
Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“İspaniyanın Kordova şəhərində baş verən və çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərin kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər