Əmtəə bazarlarında qızılın qiyməti 4700 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti 4700 dolları ötüb

10:09 - Bu gün
Əmtəə bazarlarında qızılın qiyməti 4700 dolları ötüb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 2.56% artaraq 4 713.20 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 6.49% artaraq 94.29 ABŞ dolları olub.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər