Çempionlar Liqası: “Liverpul” “Qarabağ”la oyunu 6:0 hesabı ilə tamamladı - YENİLƏNİB 7 | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: “Liverpul” “Qarabağ”la oyunu 6:0 hesabı ilə tamamladı - YENİLƏNİB 7

Qafar Ağayev01:58 - Bu gün
Çempionlar Liqası: “Liverpul” “Qarabağ”la oyunu 6:0 hesabı ilə tamamladı - YENİLƏNİB 7

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyunu başa çatıb.

1news.az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində “Liverpul”un futbolçusu Federico Chiesa fərqlənərək komandasının üstünlüyünü 6:0-a çatdırıb.

Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Alexis Mac Allister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissənin 50-ci dəqiqəsində Muhammed Salah üçüncü qolunu vurmuş, 57-ci dəqiqədə Hugo Ekitike dördüncü, 68-ci dəqiqədə isə Alexis Mac Allister 5-ci qolunu vurmuşdu. 70-ci dəqiqədə isə “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç sarı vərəqə almışdı.

***

01:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda sarı vərəqə verilib.

1news.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, matçda “Liverpul” 15-ci dəqiqədə Alexis Mac Allister, 21-ci dəqiqədə Florian Virts, ikinci hissədə 50-ci dəqiqədə Muhammed Salah, 57-ci dəqiqədə Hugo Ekitike və 68-ci dəqiqədə Alexis Mac Allisterin qolları ilə 5:0 hesabı ilə üstünlük əldə edib.

***

01:23

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda 5-ci qol vurulub.

1news.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində “Liverpul”un futbolçusu Alexis Mac Allister fərqlənərək komandasının üstünlüyünü daha da artırıb.

Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Alexis Mac Allister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissənin 50-ci dəqiqəsində Muhammed Salah üçüncü qolunu vurmuş, 57-ci dəqiqədə isə Hugo Ekitike dördüncü qolunu vurmuşdu.

***

01:15

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda 4-cü qol vurulub.

1news.az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində “Liverpul”un futbolçusu Hugo Ekitike fərqlənərək komandasının üstünlüyünü daha da artırıb.

Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Aleksis Makallister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissənin 50-ci dəqiqəsində isə Muhammed Salah üçüncü qolunu vurmuşdu.

***

01:07

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda 3-cü qol vurulub.

1news.az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində “Liverpul”un futbolçusu Muhammed Salah fərqlənərək komandasının üstünlüyünü artırıb.

Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Aleksis Makallister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı.

***

00:53

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda birinci hissə yekunlaşıb.

1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmanın ilk 45 dəqiqəsindən sonra meydan sahibləri “Liverpul” 2:0 hesabı ilə üstünlük əldə edib. Birinci hissəyə 2 dəqiqə əlavə olunub.

Qeyd edək ki, matçda hesabı 15-ci dəqiqədə Aleksis Makallister açıb. 21-ci dəqiqədə isə Florian Virts fərqlənərək hesabı 2:0-a çatdırıb.

***

00:25

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda növbəti qol vurulub.

1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmanın 21-ci dəqiqəsində “Liverpul”un heyətində Florian Virts fərqlənərək hesab arasındakı fərqi artırıb.

Qeyd edək ki, matçda hesabı 15-ci dəqiqədə “Liverpul”un futbolçusu Aleksis Makallister açıb.

***

00:17

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda hesab açılıb.

1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri hesabda irəli çıxıblar. “Liverpul”un heyətində Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib

***

00:01

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb.

1news.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər