Səfirlikdən Meksikada olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT | 1news.az | Xəbərlər
Siyasət

Səfirlikdən Meksikada olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Qafar Ağayev09:24 - Bu gün
Səfirlikdən Meksikada olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Azərbaycanın Mexikodakı səfirliyi Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

1news.az xəbər verir ki, müvafiq müraciət səfirliyin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədə səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

"Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur", - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirliyin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də paylaşılıb: +52 5511 907 092 // +52 5555 404 109.

Qeyd edək ki, Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər