“Nizami” metro stansiyası qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nizami” metro stansiyası qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib

Qafar Ağayev14:33 - Bu gün
“Nizami” metro stansiyası qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib

“Nizami” metro stansiyası qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni nəsil bölmələr LED işıqlandırma ilə təchiz olunub və velosipedçilər, həmçinin kiçik elektrik nəqliyyat vasitələrinin istifadəçiləri üçün yollarda daha təhlükəsiz hərəkət imkanı yaradır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər