DYP: Texniki müayinə mərkəzləri bayram günlərində fasiləsiz işləyəcək
Bakının Sabunçu və Qaradağ rayonlarında qeyri-iş günlərində texniki müayinə mərkəzləri fasiləsiz olaraq hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün qurumun Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.
Eyni zamanda vurğulanıb ki, nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.












