Fevral ayı ərzində 8 milyondan çox tibbi xidmət göstərilib - RƏQƏMLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevral ayı ərzində 8 milyondan çox tibbi xidmət göstərilib - RƏQƏMLƏR

Qafar Ağayev10:01 - Bu gün
Fevral ayı ərzində 8 milyondan çox tibbi xidmət göstərilib - RƏQƏMLƏR

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin fevral ayı ərzində ümumilikdə 2 272 189 müraciət qeydə alınıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, bunlardan 42 913-ü stasionar, 2 229 276-sı ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 13 % artım qeydə alınıb.

Fevral ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 365 056 tibbi xidmət göstərilib. Onlardan 1 055 030-u stasionar, 7 310 026-sı ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 565 573 sayda laborator müayinələr aparılıb ki, onların da 552 649-u stasionar, 3 012 924-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 20 % artım qeydə alınıb.

Eyni zamanda ay ərzində 29 519 cərrahi əməliyyat və prosedur (28 123 stasionar, 1 396 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 2 % artıb.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər