Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb

10:55 - Bu gün
Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb

Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər