Ölkə ərazisində son sutkada 27 cinayətin üstü açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində son sutkada 27 cinayətin üstü açıldı

10:10 - Bu gün
Ölkə ərazisində son sutkada 27 cinayətin üstü açıldı

Ölkə ərazisində son sutka ərzində bir sıra cinayət hadisələrinin üstü açılıb, axtarışda olan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, martın 24-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər