İddia: İran ABŞ ilə danışıqları vitse-prezident Vens ilə aparmağa üstünlük verir | 1news.az | Xəbərlər
Dünya

İddia: İran ABŞ ilə danışıqları vitse-prezident Vens ilə aparmağa üstünlük verir

Qafar Ağayev12:35 - Bu gün
İddia: İran ABŞ ilə danışıqları vitse-prezident Vens ilə aparmağa üstünlük verir

İran ABŞ ilə danışıqlarda yalnız müəyyən şəxslərlə görüşmək istəyir

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, CNN-in iki regional mənbəyə istinadən yaydığı məlumata görə, İran tərəfi ABŞ-la aparılan müzakirələrdə Donald Tramp administrasiyasından yalnız konkret şəxslərlə görüşmək niyyətindədir.

Bildirilir ki, Tehran danışıqları vitse-prezident Vens ilə aparmağa üstünlük verir. İran tərəfi Uitkoff, Kuşner və Rubio ilə müqayisədə Vens-in daha konstruktiv mövqedə olduğunu düşünür.

Mənbələrin sözlərinə görə, Cey Di Vens münaqişənin sona çatdırılması məsələsində daha “pozitiv” və qətiyyətli tərəf kimi qiymətləndirilir.

Mənbələrdən biri qeyd edib ki, əgər ABŞ administrasiyası danışıqlara konkret nümayəndə təyin edərsə, İran tərəfi onunla işləməyə məcbur olacaq, lakin bu, onların seçim imkanının olmadığı anlamına gəlmir.

Ağ Evin sözçüsü Karolin Leavitt isə CNN-ə açıqlamasında bildirib ki, ABŞ-ı danışıqlarda kimin təmsil edəcəyinə prezident qərar verir. Onun sözlərinə görə, Vens, Rubio, Uitkoff və Kuşner prosesdə iştirak edə bilər.

ABŞ–İsrailin İrana hücumları

Xatırladaq ki, Təl-Əviv və Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də İsrail və ABŞ tərəfindən İrana hərbi zərbələr endirilib.

Tehran buna cavab olaraq İsraillə yanaşı ABŞ-ın hərbi bazalarının yerləşdiyi Qatar, BƏƏ və Bəhreyn başda olmaqla bir sıra ölkələrdə müəyyən hədəfləri vurub.

Hücumlar nəticəsində sabiq İran lideri Əli Xamenei və çoxsaylı yüksək vəzifəli şəxslərin həlak olduğu bildirilir.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər