İbtidai sinif şagirdləri üçün bu tarixdə tətil olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İbtidai sinif şagirdləri üçün bu tarixdə tətil olacaq

11:20 - Bu gün
İbtidai sinif şagirdləri üçün bu tarixdə tətil olacaq

Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub.

1news.az xəbər verir ki, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslər 6 may tarixində yenidən bərpa olunacaq.

Qeyd olunan tarixlər Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" ilə bağlı qərara uyğun müəyyən edilib.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər